Əsgərə Məktub

44 günlük Vətən Müharibəsi zamanı keçirilən "Əsgərə Məktub " layihəsinə qoşularaq düşməni torpaqlarımızdan qovanlar igidlərə öz sevgisini yazanlar sırasında məktəbimizin şagirdləri də var. Onlardan 6 g sinif şagirdləri İbrahimov Fəqan, Kənan, Fərhad və Fərid qardaşlarını göstərmək olar. Məktubu alan igidlərimiz qeyd edirlərki, " Biz söz vermişdik, ölməyib sağ qalsaq mütləq o şagirdləri görməyə gedəcəyik. " 18 mart tarixində şagirdlərlə görüşə gələn qəhrəmanlar məktəb rəhbərliyi tərəfindən təltif olunmuş, eyni zamanda qonaqlar da şagirdlərə hədiyyələr gətirmişdi. Səmimi söhbət əsnasında şagirdlərə qazanılan uğurda öz paylarından danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi