Qarabağ Azərbaycandır !

Mənsurov Zülfiqar Səyyar oğlu 02.08.1993 tarixində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində dünyaya gəlib.1999-cu ildən etibarən S.Abbasov adına 117 nömrəli məktəbin 1-ci sinfində təhsil almağa başlayır.2010-cu ildə Milli Aviasiya Akademiyasına daxil olur.Təhsilini bitirdikdən sonra MN-in N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçir.1illik xidməti dövründə 1-ci dərəcəli əsgər statusu qazanır və buna görə də 27 Sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan ilk günlərindən döyüşlərə qatılır.

Döyüşün ilk günlərində Soqovuşan-Ağdərə istiqamətində olan hücum əməliyyatlarında 14 gün iştirak edir.Suqovuşanın azad olunmasından sonra onun iştirak etdiyi tabor Fizuli cəbhəsinə gətirilir,Fizuli-Hadrut istiqamətində olan qızğın döyüş əməliyyatlarında iştirak edən əsgərimiz Seyid Əhmədbəyli,Mirzəcəlili və Aybasan kəndlərində olur."Köndələn" çay üzərindəki bəndin və Bakı-Fizuli-Xocalı-Xocavənd yolunun işğaldan azad edilməsi tapşırıqlarında xüsusi qəhrəmanlıq göstərir.Döyüş tapşırığını uğurla başa vuran əsgərimiz daha şərəfli olan tapşırığın ardınca Xocavənd-Şuşa istiqamətində hərəkət edir.1 Noyabr tarixində Xocavənd rayonunun Tuğ kəndindən Şuşa istiqamətində hərəkətə başlayır.Sıx,keçilməz meşə yolu ilə 14 saatlıq hərəkətdən sonra Şuşanın Daşaltı kəndi yaxınlığında mövqelənir. Burada əsgərlərimizə verilən şərəfli tapşırıq Laçın-Şuşa yolunun müşahidə və müdafiəsi idi.4 Noyabr tarixində Xüsusi Təyinatlı qüvvələrimiz Şuşaya daxil olarkən igid əsgərimiz öz döyüş yoldaşları ilə Laçın istiqamətindən Şuşaya köməyə gələn düşmən qüvvələrinin qarşısının alımasında uğurlu əməliyyatlar həyata keçirir və 4 gün ərzində zəfər tariximizə qızıl hərflərlə yazılan Şuşa əməliyyatı uğurla başa çatır.Daha sonra igidimiz öz döyüş yoldaşları ilə birlikdə qətiyyətlə Laçın-Kəlbəcər istiqamətində hərəkətə başlayır.Laçınımızın 16 kəndi müzəffər ordumuz tərəfindən nəzarət altına alındığı bir vaxtda Ali Baş Komandan İlham Əliyevin "Zəfər xəbəri" bütün xalqımızı,eləcə də əsgərlərimizi sevindirir!

Fikrimi Qəhrəman əsgərimizin qəlbimi titrədən sözləri ilə yekunlaşdırmaq istəyirəm.

"Orada gördüklərimizi heç bir sözlə ifadə edə bilmərəm.Şuşa döyüşlərini isə sözlə ifadə etmək mümkün deyil.Mənfur düşmənin zənninə belə gəlməzdi ki,bir gecə səssizcə Azərbaycan əsgəri məğlubedilməz hesab olunan Şuşaya sakitcə qədəm basacaq.Qədəmin mübarək,İGİD ƏSGƏR!"

Belə qeyrətli Vətən oğulları ilə fəxr edir,Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyirik!

QARABAĞ AZƏRBAYCANDIR!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi