Vətən mənə oğul desə..

Əziz Murad 1994-cü il 31 dekabr tarixində Bakı şəhəri,Xəzər rayonu,Binə qəsəbəsində dünyaya gəlib.2001-ci ildə S.Abbasov adına 117 nömrəli məktəbin 1-ci sinfinə başlayır. 2012-ci ildə həmin məktəbdən məzun olaraq Milli Aviasiya Akademiyasının "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasına yiyələnmişdir. Təhsilini bitirdikdən sonra Milli Orduda hərbi xidmət keçir. O hər zaman öz əməllərində vətənpərliyi ilə seçilən bir vətəndaş olmuşdur . Elə bu səbəbdən 2020-ci il Qarabağımızı geri qaytarmaq uğrunda başlanan müharibənin ilk günlərindən könüllü yola düşür. İlk Tərtər uğrunda daha sonra isə Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edir. Tülkü dərəsi deyiləm yerdə mövqelərimizi düşməndən qorumaqda fəallıq göstərir. 20 gün orda düşmənin hücumunun qarşısını alanlardan biri olmuşdur. Elə olur ki,günlərlə ailəsi ilə xəbərləşmə bilmir. Ön xətti müdafiəsi üzrə təyin olunan əsgərlərdən biri də Murad idi. Təcavüzkar düşmən 2 dəfə onların mövqeyinə hücum edib ,onların olduğu yerə çoxsaylı müxtəlif növ mərmilər atılıb, müxtəlif silahlardan atəş açılıb amma Murad və onun kimi oğullarımız bu hücumların qarşısını məharətlə almışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi