Beynəlxalq Olimpiadadan bürünc medal

7-12 yanvar 2021-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVII Beynəlxalq Jautıkov olimpiadası (IZhO) keçirilib. Azərbaycan məktəbliləri bu olimpiadada uğurla çıxış edərək 5 gümüş, 10 bürünc medal olmaqla, ümumilikdə 15 medal qazanıblar.

Beynəlxalq Olimpiadada məktəbimizi təmsil edən 11c sinif şagirdi Rüstəm Təhməzov bürünc medal qazanmışdır. Rüstəm Təhməzov 2019-2020- ci  tədris ilində keçirilən Respublika Fənn Olimpiadasında X siniflər üzrə riyaziyyat olimpiadasında ikinci yeri qazanmışdı. Qazandığı uğurlar Rüstəmin öz dili ilə :

Jautikov olimpiadasında iştirak etməzdən əvvəl müəyyən mərhələlərdən keçməli oldum. Bunlardan ilki Respublika Fənn olimpiadasında yer qazanmağımdır. Bundan sonra sentyabr ayında Olimpiada dərslərinə dəvət olundum. Dərslər online şəkildə həftədə 2 dəfə olmaqla keçirilirdi. 3 ay keçdiyimiz dərslərin nəticəsində ilin ilk beynəlxalq Olimpiadası - Jautikov Olimpiadasına seçmə imtahanının vaxtı çatmışdı və bu öz bacarıqlarımı göstərməyim üçün böyük fürsət idi. Online şəkildə istirak etdim, nəticələr çıxanda öz adımı seçilənlər arasında görmək məni çox sevindirmişdi. Həmin andan sonra seçilən Azərbaycan komandasıyla birliktə online şəkildə əlaqə saxlayıb mütəmadi olaraq suallar işləyirdik, ideyalarımızı və fikirlərimizi bölüşürdük. Bunun da öz sırasında biliklərimin inkişafında böyük rolu oldu. Nəhayət, imtahan vaxtı çatdı. İmtahan 2 gündən ibarət idi, hər gün 3 sual və bu sualları həll etməmiz üçün 4,5 saatdan ibarət idi. Vaxtın çox olmasına baxmayaraq imtahan kifayət qədər çətin idi. İmtahan bitdikdən sonra 2-3 gün ərzində koordinasiya keçirildi və zoom proqrami vasitəsiylə koordinasiyada iştirak edib səhv və doğrularımızı müəyyən etdik. Nəticədə bir neçə gün içərisində imtahan nəticələri bəlli oldu və mən həqiqətən çox sevinmişdim ki, medal qazananlar arasında mənim də adım var idi, komandamızdan 8 nəfər riyaziyyat üzrə medal almışdı və bunların içərisində mən də bürünc medal alanlardan idim. Ümid edirəm gələcəkdə iştirak edəcəyim beynəlxalq olimpiada və yarışlar mənim üçün bu cür və bundanda uğurlu keçəcək.

Biz də kollektimiz adından Rüstəmə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi