Qarabağ Azərbaycandır !

29 dekabr tarixində məktəbimizin 7a sinif şagirdlərinin iştirakı və sinif rəhbəri Gülnar Dadaşovanın təşkilatçılığı ilə II Vətən Müharibəsində qazanılan Qələbəyə həsr olunmuş onlayn tədbir keçirildi. Tədbirdə Vətən Müharibəsinin mahiyyəti haqqında şagirdlərə geniş məlumat verildi. Bu 44 günlük müharibənin canlı iştirakçıları onlayn tədbirimizə dəvət olunmuşdu. Qazi Bayramov Alim, əsgər Şükürov Rəsul və əsgər Ələsgərov Əmrah tədbirdə iştirak etdilər. Onlar keçdikləri döyüş yolu, gördükləri hadisələr haqqında şagirdlərə ətraflı məlumatlar verir, döyüş yoldaşlarını yada salırdılar. Döyüşlərdəki şücaətlərindən söhbət açdılar. Sanki döyüş anlarını yenidən yaşadılar. Sonra şagirdlərin suallarını cavablandırdılar. Hər bir iştirakçı bu qələbədə payı olduğuna görə özlərini qürurlu hesab edirdi. Verdikləri cavablarla şagirdlərimizdəki vətənpərvərlik hisslərini daha da artırmış oldular. İgidlərimizi diqqətlə dinləyən şagirdlər ,sanki onlarla birgə torpaqlarımızı qarış - qarış gəzir, düşməni ordan qovurdular. Tədbir zamanı məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyeva və tərbiyə işləri üzrə direktor müavini Şölə Rzayeva şagirdlərə I Qarabağ Müharibəsində Azərbaycan xalqının igidliyidən, o çətin günlərdən bəhs etdilər. Vətən sevgisinin,Vətən eşqinin dəyişmədiyini,dəyişənin rəqəmlər və adlar olduğunu bildirdilər.

Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyir, hər bir müharibə iştirakçısının qarşısında baş əyirik.

Qarabağ Azərbaycandır !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi