"Mən atam və əmimlə fəxr edirəm"-Şagirdimiz Rəhman Tarverdizadə

POLKOVNİK LEYTENANT ANAR TARVERDİYEV ATAM HAQQINDA QISACA MƏLUMAT

Mənim atam Bakı hərbi ali məktəbini bitirib . Atamın təyinatını Gəncədəki N saylı hərbi hissəyə verdilər . 5 il Gəncədə xidmət etdiyinə görə onu hərbi akademiyaya göndərdilər . 2 il orda təhsil aldı. Təhsilini başa vurandan sonra onu Tərtərə komandir təyin etdilər . Atam 19 il Azərbaycan sərhədlərini mənfur ermənilərdən qoruyub . Bu sahədə böyük çətinliklərlə qarşılaşıb . Atam səhətinə görə 6 il idi ki , hərbi hissədən ayrılıb . 2020 -ci il sentyabrın 27-də mənfur düşmənlərimiz olan ermənilərə qarşı Azərbaycan silahlı qüvvələrin əks hücumu başlananda atam könüllü olaraq cəbhəyə yollandı . Atam və briqadası Vətən Müharibəsində Ağdam , Tərtər , Ağdərə , Talış kəndi və Madagiz istiqamətində gedən döyüşlərdə böyük şücayətlə iştirak edib . Hətta XÜSUSİ TƏYİNATLI əmim Ayxan Tarverdiyev əlbəyaxa döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib . Şuşa istiqamətindəki döyüşlərdə qəhramanlıq göstərərək yaralanıb . Hal-hazırda müalicəsi davam edir . Atam isə işğaldan azad olunmuş Ağdam şəhərində xidmətini davam etdirir . Bunların nəticəsidir ki , Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də qələbə çaldıq və xain düşməni məhv etdik . Mən atam və əmimlə fəxr edirəm . Məndə gələcəkdə atam və əmim kimi vətənpərvər olacam . 117 nömrəli tam orya məktəbin şagirdi Rəhman Tarverdizadə atam və əmim haqqında olan bu kiçik məlumatı sizə çatdırmaq istədim .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi