Məktəbimizin fəxrləri - Bayramov Alim Dursun oğlu

Qazimizə Allahdan şəfa diləyirik.

Bayramov Alim Dursun oğlu 9 noyabr 2000 - ci ildə Bakı şəhərində anadan olub. 2007 - ci ildə Binə qəsəbəsində yerləşən S.Abbasov adına 117 nömrəli orta məktəbinin 1 - ci sinifinə daxil olur. İlk müəllimi Qəribə müəllimə olur, 5 ci sinifdən etibarən isə sinif rəhbəri məktəbin sayılıb -seçilən müəllimlərindən biri olan Adilxan müəllim olub. 9 - cu sinifi bitirdikdən sonra Bakı Dövlət Rabitə və Nəqliyyat Kolecinə daxil olub. Kompyuter sistemləri və kompleksləri peşəsinə yiyələnir. 2020 - ci ildə koleci bitirdikdən sonra Hərbi xidmətə çağırılır. İyulun 23- də Hərbi xidmətə yollanır.

II Qarabağ müharibəsi başlayanda ilk döyüşü Xocavənd rayonunda ,sonra isə Füzuli Hadrudda davam eləyir. Noyabrın 3-də Şuşa şəhəri uğrunda gedən döyüşdə yaralanır. Noyabrın 6 - da Bakı şəhərində yerləşən Travmatologiya İnstituna gətirilir və noyabrın 9-da əməliyyat olunur. Həkimlərin sayəsində əməliyyat uğurla nəticələnir.

Hal - hazırda müalicəsini evde davam edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi