Məktəbimizin fəxrləri - Həsənov Elmar Mehman oğlu

Həsənov Elmar Mehman oğlu 14 iyul 1998 - ci ildə Bakı şəhərində anadan olub. 2004 -cü ildə Binə qəsəbəsi 117 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Məktəbi bitirdikdən sonra Bakı Biznes Universitetinin Maliyyə ixtisası üzrə təhsilini davam etdirib. Məzun olduqdan sonra 2020-ci ilin iyulunda Xəzər rayonu Hərbi komissarlıq tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. AR Müdafiə Nazirliyinin N saylı Hərbi hissəsində hərbi xidmətə başlamışdır. 27 sentyabrdan Tərtərin Talış və Suqovuşan istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. Hal -hazırda xidmətini davam etdirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi