Qəhrəmanlarımız

Babayev Ülvi Əliheydər oğlu

07.10.1993 –cü ildə Lənkəran rayonu Biləsər kəndində anadan olmuşdur. İbtidai təhsilini həmin kənd tam orta məktəbində almış və V sinfə kimi orada oxumuşdur. 2004-cü ildən Bakı Şəhəri Binə qəsəbəsi S.Abbasov adna 117№--li tam orta məktəbin VI sinfinə daxil olmuş və orta təhsilini bu məktəbdə başa çatdırmışdır. 2009-2010-cu tədris ildində orta məktəbi bitirmişdir. 2011-2013 –cü illərdə Azərbaycan Silahlı qüvvələri tərkibində Daxili qoşunlar bölməsində tam hərbi xidmətini keçmiş, baş çavuş hərbi rütbəsinə yüksəlmişdir.

Qarabağ uğrunda gedən döyüşlər hər zaman onu narahat edirdi. 2016-cı il aprel döyüşləri zamanı döyüşə yollanmaq üçün Müdafiə Nazirliyinə könüllü kimi ərizə ilə müraciət etsə də, məsləhət görülmədiyi üçün döyüşə çağırılmamışdır.

2020- ilin iyul ayında Erməni separatçılarının Azərabaycana hücumu nəticəsində dözməyib təkrarən Müdafiə Nazirliyinə könüllü döyüşmək üçün ərizə ilə müraciət etmişdir. Sentyabrın 27-də Vətən müharibəsi başlananda özünə yer tapa bilməyib, hər gün Hərbi Komissarlıqdan ona ediləcək zəngi gözləyirdi. Nəhayət 2020-ci ilin sentyabr ayının 29-da köünllü olaraq atıcı kimi döyüşə yola düşdü. 4 oktyabrda Cəbrayıl 17 oktyabrda Füzuli, 18 oktyabrda Xudafərin körpüsünün, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhərinin və Laçın rayonunun Güləbrid kəndinin işğaldan azad edilməsində iştirak etmişdir. Dəfələrlə yaralı əsgər yoldaşlarını, o cümlədən şəhid dostlarının güllə yağışı altından çıxarılmasında bilavasitə iştirak etmiş, qucağında can verib şəhid olanların son vəsiyyətlərinin şahidi olmuşdur. Şuşanın işğaladn azad olunmasıonun ənböük arzusu idi. Ora bayrağımız sancılan anda evinə zəng vurub ata-anasını muştuluqlayıb sevincini bildirmişdir.

Hal-hazırda da döyüş bölgəsində, Şuşa rayonun kəndindədir. Bir neçə dəfə atası atası Əliheydər müəlim oğlunun yanına yeni azad olunmuş Fizuli rayonunun kəndlərtinə getmiş, komandirlərdən oğlu haqqında yalnız xoş sözlər və təşəkürlər eşitmişdir.

Ailəlidir. Mələk və İslam adlı iki övladı var. 4 bacının tək qardaşı, valideynlərinin yeganə oğul ovladdır.

Bu cür Vətənpərvər oğullarımızla qürur duyuruq.

Yaşasın Azərbaycan Əsgəri

Qarabağ Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi