Ali Baş Komandanım !

Məktəbin coğrafiya müəllimi, yazıçı - publisist Əliheydər Babayevın qələbələrimiz münasibəti ilə prezident İlham Əliyevə həsr etdiyi şeiri:

Ali Baş Komandanım!

Salnamə yaratmısan əzmin, cəsarətinlə,

Bu yurda, bu Vətənə sevgi, məhəbbətinlə.

Dəmir yumruq yaratdın qəhrəman millətinlə,

Sən ey qəlbimin şahı, igid, mərd qəhrəmanım,

Yaşa, yaşa qəhrəman Ali Baş Komandanım!

Şah İsmayıl əslisən, yurdumun ər oğlusan,

O da Heydər oğluydu, sən də Heydər oğlusan.

Millətimin atası Ulu Öndər oğlusan.

Səninlə tarix yazdı qalib Azərbaycanım,

Yaşa, yaşa qəhrəman Ali Baş Komandanım!

Dünyaya bəlli etdin Azərbaycan adını,

Qoymadın sınıq qalsın qartalın qanadını.

Əhdə vəfa eylədin, sən qorudun andını,

Səninlə cənnət oldu azad Cənnətməkanım,

Yaşa, yaşa qəhrəman Ali Baş Komandanım!

Qızıl hərflər ilə yaratdın tarixini

Danışdın öz xalqınla mehriban oğul kimi.

Hər bir kəlmən səmimi, hər bir sözün səmimi,

Sən ey cəsur, mübariz, igid ərən aslanım,

Yaşa, yaşa qəhrəman Ali Baş Komandanım!

Əliheydər Qayiboğlu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi