Qarabağ düşüncələri

Bütün dünya. Bəli, bütün dünyanın gözü bizim üzərimizdədir. Əvvəl "Azərbaycan" dedikdə hərə öz dilində "nə" deyərdi. İndi isə "Azərbaycan" dedikdə yadımıza qələbə düşür, bayraq düşür, namus düşür, güc düşür. Ən önəmli də Qarabağ. 30 il bundan əvvəl atasının, anasının qucağında o torpaqlardan qovulan övladlar geri qayıtdı. Amma bu dəfə fərq var: Bu dəfə qovulmadılar qovdular! Bu dəfə körpəsini bağrına basıb öldürənin qisası üçün qayıtdılar!

Bu dəfə güclənib gəldilər! Bu dəfə yaxşı bir başçı ilə geri döndülər və o torpaqları almaq üçün canlarından keçdilər. Bax bu türkün gücüdür! Tarix oxuyanda çətinlik çəkən, bir xeyli danlananlar indi tarixin əfsanəsidir . İndi tarixin özünü yazırlar. O oğullar düşmənə qan qusdururlar. Bu soyuq qış günlərində bizi qoruyurlar. Torpqlarımaza ilk dəfə onlar ayaq basacaq. Bu onların haqqıdır! Qarabağ Azərbaycanın bir guşəsi sayılır. Onun gözəlliyi insanı valeh edir. Hər bir insanın orda rahatlıq tapacağına əmin ola bilərsiniz. Bir tək ermənidən başqa. 30 ildir rahatlıq tapmadılar indi də tapmayacaqlar. Çünki özgə malına göz dikən və onu hiyləgərliklərlə alan ondan faydalana bilməz. Ermənilərin etdiyi şey "barbarlıq" və "vandallıq" dır. Şuşanın xarı-bülbülü, Kəlbəcərin dağ ətəkləri, Zəngilanın çəmənlikləri, Fizulidəki qədim Azıx mağarası, Ağdamın şəlalələri, Ağ dərənin bulaqları. Say say bitməz. Qarabağ dünya möcüzəsidir. Hər kəs bunu bilsin və agah olsun QARABAĞ AZƏRBAYCANDIR!

Sinif -7ç

Şagird -Səfərov Ramal Rafiq

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi