MƏN AZƏRBAYCANAM

Özünün rəngarəng təbiəti, əsrarəngiz iqlimi, zəngin yeraltı və yerüstü təbiəti ilə seçilən Azərbaycan Respublikası əzəl gündən igidlər oylağı, mərdlər diyarı kimi tanınmışdır. Tolerant və çoxmillətli ölkə olan Vətənimiz doğrudan da özünəməxsus bir çox xüsusiyyətləri ilə dünyanın bütün dövlətlərindən seçilir. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı hər zaman etaplarla davam edən növbəti ərazi iddiaları baş qaldırdı. Topxana meşəsində ağacların qırılmasından başlayaraq, Ağdamda iki gəncin qətlə yetirilməsi bu alovu daha da gücləndirdi. SSRİ-nin süqutu ermənilərin əl-qolunu açmışdı. Öz yaltaq, alçaq xislətini işə salan ermənilər Rusiyadan silahları alır, Azərbaycana qarşı dəhşətli hücum planını hazırlayırdılar. Azərbaycanda baş verən hakimiyyət dəyişkənliyi, qeyri-sabit sosial və iqtisadi vəziyyət ermənilərin arzularının həyat keçməsi üçün zəmin yaradırdı. Və beləliklə tariximizə qara yazılar, qan yaddaşı yazıldı. Azərbaycanın dilbər guşəsi olan Qarabağ və onun ətraf rayonları ermənilər tərəfindən işğal olundu. Xocalı soyqaırımı törədildi. 1 milyona yaxın insan evlərindən didərgin düşüb, qaçqın kimi Azərbaycanın müxtəlif bölgələrinə yayıldılar.

1994-cü ildə Ulu öndər H.Əliyev mövcud vəziyyəti görüb Ermənistanla atəşkəs haqqında saziş imzaladı. Qarabağ məsələsini sülhlə həl etmək üçün ATƏT adlı qurumun Minsk Qrupu yaradıldı. Oraya başçılıq edən ABŞ. Rusiya və Fransa sadəcə seyrçi mövqeyini tutmaqla yanaşı hər zaman ermənistanı dəstəklədilər.

Ermənistanın sonuncu dövlət başçısı Nikol Paşinyan əvvəlki sələflərinin yolunu davam etdirməkdən svayı daha şərəfsiz yol tutdu. Müsahibələrində Azərbaycanı təhqir edərək deyirdi:

-“Qeyrətli xalq torpağını sülh yolu ilə dilənməz. Onların qeyrəyti varsa, torpağlarını müharibə ilə alsınlar. Amma inanmıram ki, onılar buna cəsarət etsinlər.”

Bu müsahibədən sonra isə o, daha dərinə gedərək- “Qarabağ ermənistandır və nöqtə”-deyib Azərbaycan xalqının heysiyyatını tapdalamaqda davam etdi.

Daha sonra Şuşaya gələrək oyuncaq və qondarma quruma andiçmə mərasimi keçirtmiş, Azərbaycanın qədim mədəniyyət mərkəzində parlament binası tikdirmiş, sərxoş halda məşhur Cıdır düzündə yallı getməklə artıq insanlıq həddini aşmaqda davam etmişdi. Bircə 2020-ci ildə 3 dəfə Azərbaycana hücumlar etməklə yeni torpaqlar zəbt etmək istəyini bir daha sübut etdi.

Azərbaycan xalqının səbr kasası dolmuşdu. Bütün Azərbaycan vətəndaşları könüllü cəbhəyə yazılmış, Ali Baş Komandanın əmrini gözləyiordilər. Bir çox insanlarda artıq ümid belə ölməkdə idi. Axı “Lazım niyə gəlmir”-deyə əsəbləşirdilər.

Budur, 27 sentyabr 2020-ci il.

Deyilən həmin lazım gəldi. Azərbaycan Respublikasının Prezidenti, bütün Azərbaycan xalqının sevimli övladı, Ali Baş Komandan İlham Əliyev düşmənə əks-hücum əmrini verdi. Azərbaycan silaha sarıldı. İlk həftədə düşmənin beli qırıldı. 30 ildə qurulmuş istehkamlar dağıdıldı. Kəndlər bir-birinin ardınca işğaldan azad edildi. Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut, Syqovuşan ( Magadiz), Ağbənd qəsəbələri və yüzlərlə kənd, Murivdağ zirvəsi ilə yanaşı çoxlu yüksəkliklər işğaldan azad edildi.

Mən işğaldan təzə azad olunan kəndlərin birinə oğlumun yanına gedərkən gözlərim yaşardı. Cəbhədə Azərbaycanın bütün rayonlarından, kəndlərindən olan igidlər var idi. Həm əsgərlər, həm komandirlərlə görüşdüm. Olduqca böyük əhval-ruhiyyə, əzmkarlq gördüm. Bu igidlərlə Möhtərəm Prezidentimiz demişkən düşməni iti qovan kimi son mənzilə kimi qovmaq olar.

Əsgərlərin arasında olarkən özümü də əsgər kimi hiss edirdim. Gənclərə baxıb cavanlaşır, ürəyim sevinclə döyünürdü. Bir neçə gün sonra şəhid olacaq igidlərin mənə “dayı, bizə ölüm yoxdur. Biz 30 ildir bu günü gözləyirdik. Ölsək də, bu alçaqları buradan qovacağıq” sözləri məni duyğulandırdı. Mən Azərvaycan xalqının bir yumruq kimi birləşməsini gördüm. Bəli, Ulu ödərimizin sözü ilə desəm “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam”.

Mən Türkəm!

Mən Talışam!

Mən Ləzgiyəm!

Mən ingiloyam!

Mən Avaram!

Mən Tatam!

Mən Kürdəm!

Mən Azərbaycanam!.

Eşq olsun Azərbaycan xalqına və onun yumruq kimi birləşən övladlarına.

Yaşasın Azərbaycan Ordusu!

Yaşasın Ali Baş Komandan!

Qarabağ Azərbaycandır!

Əliheydər Qayiboğlu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi