Onlayn iclas

28 aprel tarixində direktor Vələddin Nurəddinov məktəbin pedoqoji kollektivi ilə Pedoqoji Şura iclasi keçirmişdir.
"Zoom" proqrami ilə keçirilmiş iclasda məktəbin 75%-dən çox müəllimi iştirak edib.
İclasda mövcud vəziyyət,problemlər və qarşida duran vəzifələr haqqinda geniş fikir mübadiləsi aparilib.
İclasda müəllimlərin pandemiya dövründə gördükləri işlərə dair hesabatlar dinlənilmiş, şagirdlərlə aparilan Distant təhsilin vəziyyəti ,müəllimlər və şagirdlərin qarşilaşdiği problemlər və onlarin həlli yollarinin müzakirəsi olmuşdur.
Təhsil Nazirliyinin "Virtual məktəb" layihəsində həm müəllimlərin, həm də şagirdlərin fəal iştirak etmələrinin məqsəd və müvafiqliyi diqqətə çatdırılmış, istifadə qaydalari haqqında məlumatlar verilmişdir. Onları maraqlandıran suallar cavablandırılmışdır.Direktor çıxışında tele dərslərin və dərs cədvəlinin ardıcıl olaraq izlənilməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif online layihələrdə şagirdlərin iştirakına köməklik göstərilməsi sinif rəhbərlərinə tapşırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi