Valideynin məktəbdə bir günü

20 dekabr 2019-cu ildə " valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində Tərbiyə işləri üzrə direktor müavini Şölə Rzayevanın təşkilatçılığı ilə müxtəlif tədris siniflərində təhsil alan şagirdlərin valideyinləri məktəbə gəldilər.

    Valideyinlərə məlumat verildi ki, bu gün məktəb haqqında istənilən məlumatı almaq üçün onlara şərait yaradılacaq və istədikləri siniflərin dərslərində iştirak edə biləcəklər.

    Valideyinlər məktəb mühiti ilə tanış olmaq üçün dəhlizdə, idman zalında, fənn kabinetlərində, yeməkxanada oldular. Tənəffüs zamanı müəllimlərlə, texniki işçilərlə, şagirdlərlə söhbətləşdilər. Məktəbin foyesində metodiki guşələrlə, şagirdlərin nailiyyətləri və əl işləri ilə tanış oldular. Sonra müxtəlif siniflərdə dərsləri dinlədilər.

   Günün sonunda direktor, direktor müavinləri, metodbirləşmə rəhbərləri, müəllimlər və valideyinlərin iştirakı ilə iclas təşkil olundu. İclasda valideyinlərin təklifləri dinlənildi.Sonda valideyinlər bu gün yaradılan şəraitə görə rəhbərliyə təşəkkür etdilər və məmnunluq hissi duyduqlarını bildirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi