QALİBİMİZ

23-24 noyabr 2019-cu il tarixində 24 ölkənin 500-dən çox idmançısından ibarət Orta Asiya və türk dövlətlərinin iştirakı ilə keçirilən 2-ci Dünya Alpaqut Çempionatında Azərbaycan komandası ümumi hesabda 1-ci yeri tutmuşdur. Azərbaycan komandasının tərkibində iştirak edənBakı şəhəri Azər Məmmədov adına 115nömrəli məktəbin 10a sinif şagirdi Cəfərov Ramin yarışda iştirak edərək 1-ci yeri tutmuş, medal və Diplomla təltif olunmuşdur.