"Pətək" İB-nin ofisində "Sağlam olaq" klubunun növbəti görüşü keçirildi

15.11.2019-cu il tarixində "Dəyərlərimiz-sərvətimiz, gələcəyimizdir" layihəsi çərçivəsində "Pətək" İB-nin ofisində "Sağlam olaq" klubunun növbəti görüşü keçirildi. Görüşdə məktəblərin fəal şagirdlərindən təşkil olunmuş "Sağlam olaq" klubunun üzvləri iştirak edirdi.

Məktəblərdən qatılan müəllimlər və şagirdlər, həmçinin İctimai Birliyin rəhbərlik və heyətinin iştirak etdiyi "Mədəniyyətimiz və biz" mövzulu görüşümüzə Dövlət himnimizin səslənməsi ilə başladıq. Görüşün əvvəlində "Pətək" İB-nin sədri öz fikirlərilə bölüşdü. Məktəblilər müxtəlif mədəniyyətlər haqda təqdimatı dinlədilər. Görüşün məqsədi unudulmuş və unudulmaqda olan dəyərlərimizi, mədəniyyətimizi işıqlandırmaq idi. Klub üzvləri məktəblər üzrə qruplara bölünərək müxtəlif yarışma və oyunlara qatıldılar. Diskussiyalar zamanı bəzi məktəblilər ağıllı mülahizələri ilə yadda qaldı. Ən fəal iştirak edən şagirdlərə hədiyyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi