"Nəsimi yaradıcılığında hürufilik" adlı dəyirmi masa keçirilmişdi

19.11.2019-cu il tarixində məktəbdə görkəmli Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş "Nəsimi yaradıcılığında hürufilik" adlı dəyirmi masa keçirilmişdi. Məktəbin tarix fənnmetodbirləşməsinin sədri Ülviyyə Əliyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə tarix müəllimi Nailə Tahirzadə çıxış edərək ustadı Fəzlullah Nəimidən sonra hürufiliyin geniş inkişaf etdirilməsində Nəsiminin böyük rolu olduğunu vurğulamış, sufizm və hürufilik təriqəti haqqında geniş məlumat vermişdir. Məktəbin tarix müəllimələri Firuzə Əliyeva, Sevinc Qəhrəmanova, Gülşən Məmmədəliyeva dəyirmi masada iştirak edərək Nəsimi dövrününtarixi haqqında müzakirələr etmişdilər. Daha sonra məktəbin Azərbaycan dili və ədəbiyyat fənnmetodirləşməsinin sədri Nəzakət Cəfərova dövrünün görkəmli mütəfəkkiri, ədəbiyyatımız tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi İmadəddin Nəsimi yaradıcılığının Azərbaycan dili və ədəbiyyatının inkişafında mühüm mərhələ olmasından bəhs etmişdir. Dəyirmi masadan sonra tədbir iştirakçıları Ədəbiyyat muzeyinə gedərək, Nəsiminin abidəsini ziyarət etmişdilər.