Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya

10 noyabr 2019-cu il tarixdə məktəbin biologiya müəllimi Alışanova Sevinc və tarix müəllimi Əliyeva Ülviyyə "Şagirdlərin məktəbdən kənar vaxtlarının səmərəli təşkili" və "Milli mənəvi dəyərlərin aşılanması" tədbirləri silsiləsindən 5c sinif şagirdləri ilə birlikdə Azərbaycan Milli Xalça Muzeyində oldular. Muzeyin maraqlı eksponatları ilə yaxından tanış olan şagirdlər, ekskursiyanın sonunda muzeyin "Xatirə kitabı"-na ürək sözlərini yazdılar.