"Mənim üçrəngli bayrağım" adlı kompozisiya keçirilmişdi

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nəzakət Cəfərovanın təşkilatçılığı və 6c sinif şagirdlərinin iştirakı ilə 9 Noyabr-Dövlət Bayrağı Günü münasibəti ilə "Mənim üçrəngli bayrağım" adlı kompozisiya keçirilmişdi. N.Cəfərova Dövlət atributu olan bayrağın dünəni və bu günü haqqında məlumat verdikdən sonra şagirdlər  "Bir kərə yüksələn bayraq bir daha enməz!", "Qarabağda yüksələcək üçrəngli bayrağımız!", "Qarabağ Azərbaycanındır və nida!" şüarlarını səsləndirərək bayraq haqqında hazırladıqları təqdimatlarla çıxış etdilər. Daha sonra bayrağa aid müxtəlif şeir və mahnılar səsləndirmiş, "Biz kimik?" adlı vətənpərvərlik kompozisiyasını nümayiş etdirərək bayrağı öpüb Vətənə, xalqa layiqli övlad olacaqlarına and içmişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi