Narkomaniyaya yox deyək!

Narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir! İnsanın sağlamlığını qorumaq, onu fiziki əzablardan xilas etmək mühüm, xeyirxah işdir. Artıq uzun müddətdir ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Və təəssüflə qeyd etməliyik ki, ağ ölüm adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır. Bu öldürücü maddənin pəncəsindən gec də olsa yaxa qurtarmağa çalışanlar tapılsa da, atılan addım hər zaman müsbət nəticə vermir. Çünki narkotik maddələrdən imtina etmək üçün insan güclü iradəyə malik olmalıdır.
Məktəbdə bu mövzuda şagirdlərlə il boyu həm məktəb rəhbərliyi, həm də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə mütəmadi söhbətlər aparılır xüsusi töfsiyyələr verilir. Bu gün də “Narkomaniyaya yox deyək” devizi altında növbəti tədbir keçirildi.Tədbirdə yuxarı sinif şagirdləri,müəllim və valideynlər iştirak etdi.Binəqədi Rayon polis idarəsinin əməkdaşları bu mövzuda şagirdlərə ətraflı məlumat verdilər.