22 Oktyabr Beynəlxalq Məktəb Kitabxanaları Günüdür

22 Oktyabr Beynəlxalq Məktəb Kitabxanaları Günüdür. Bakı şəhəri 115 nömrəli məktəbin şagirdləri də bu günü məktəb kitabxanasında qeyd etdilər. Şagirdlər Ümummilli lider Heydər Əliyevin kitabxana haqqında "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" kəlamını bir çox görkəmli şəxsiyyətlərin "Kitab sənin ilk dostundur", "Kitabsız yaşamaq kor, kar, dilsiz yaşamaqdır.", "İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır", "Yaxşı kitab çox qiymətli xəzinədir" kimi aforizmlərini səsləndirərək kitaba, müqəddəs varlığımız olan ana dilinə olan sevgilərini nümayiş etdirmişdilər. Bu cür tədbirlərin keçirilməsində məqsəd şagirdlərimizdə mütaliəyə maraq, kitaba hörmətlə yanaşmaq hisslərini aşılamaq idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi