Dövlət Müstəqilliyi Günü

18.10.2019-cu il tarixdə Binəqədi rayonu A.Məmmədov adına 115№li tam orta məktəbdə Tərbiyə işləri üzrə direktor müavini Təranə Vəliyevanın təşkilatçılığı ilə 18 oktyabr Azərbaycan Respublikasının “Dövlət Müstəqilliyi Günü” nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Məktəbin tarix müəllimi Əliyeva Ülviyyə “Müstəqil Azərbaycan” adlı geniş məruzə ilə çıxış etdi. 7b sinif şagirdlərinin iştirakı ilə şeirlər söylənildi, hazırladıqları məlumatlar dinlənildi, slaydlar nümayiş etdirildi.