“Qəhrəmanlar unudulmur” adlı tədbir

07 may 2019-cu il tarixdə Binəqədi rayon A.Məmmədov adına 115 nömrəli tam orta məktəbdə Tərbiyə işləri üzrə direktor müavini Təranə Vəliyevanın təşkilatçılığı ilə 9 May Faşizm üzərində Qələbə Gününə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirildi. Məktəbin müəllim, valideyn, şagird kollektivinin iştirakı ilə keçirilən tədbirdə II Dünya müharibəsində film nümayiş etdirildi. Şagirdlərin hazırladığı ədəbi-bədii kompazisiya nümayiş etdirildi, vətənpərvərlik və qəhrəmanlıq mövzusunda mahnılar səslənildi.
Tədbirin sonunda Veteranlar Şurasının sədri Məhəmməd Əliyev müharibə dövründəki xatirələrindən danışdı.