"Nəsimi ili" çərçivəsində dəyirmi masa keçirildi

07.05.2019-cu il tarixdə Bakı şəhəri 115 nömrəli məktəbdə Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Nigar Abbasovanın təşkilatçılığı ilə 8-ci sinif şagirdləri "Nəsimi ili" çərçivəsində dahi şairimiz Nəsiminin 650 illiyinə həsr olunmuş "Mən bu cahana sığmazam "adlı kompozisiya ilə çıxış etdilər. Şagirdlər dahi şairin həyat və yaradıcılığı haqqında təqdimatlar edərək, şairin qəzəllərindən nümunələri gözəl intonasiya ilə söyləmişdilər. "Nəsimi ili "çərçivəsində keçirilən tədbirlər davam edir.