Biologiya gecəsi

Məktəbin biologiya fənni üzrə metodbirləşmənin sədri Sevinc Alışanova və biologiya müəllimi Şəhla Cabbarovanın təşkilatçılığı ilə "Biologiyanı sevək, sevdirək" adlı layihə çərçivəsində "Ana təbiət" adlı tədbir keçirilmişdir. Ümumilikdə tədbir 3 mərhələdən ibarət idi: 1-ci mərhələ "Təbiət uşaqların gözü ilə" adlı rəsm müsabuqəsi, 2-ci mərhələ "Bahar düşüncələrimdə" adlı inşa müsabiqəsi, 3-cü mərhələ "Nə bilirik?" adlı intellektual yarışma. Müsabiqələrdə qalib gələn şagirdlərə Diplom və hədiyyələr təqdim edilmişdir.