Macarıstan nümayəndəsi ilə görüş keçirildi.

OCEP-2019 layihəsi çərçivəsində Bakı şəhəri Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Macarıstan Respublikasının Azərbaycandakı səfirliyinin məsul nümayəndəsi iştirak etmişdi. Nümayəndə məktəblə tanış olduqdan sonra şagirdlərin hazırladıqları maraqlı kompozisiyalara baxmış, Macarıstanın tarixi, mədəniyyəti, flora və faunası haqqında təqdimatları dinləyərək Azərbaycan və Macarıstan arasındakı əməkdaşlığın daha da gücləndirilməsi sahəsində bu cür görüşlərin əhəmiyyəti haqqında danışaraq tədbir iştirakçılarına öz təşəkkürünü bildirmişdi. Hər iki ölkə şəkilləri əks olunan xüsusi hədiyyə qonağa təqdim olunmuşdu. Tədbirin sonunda Macarıstan Respublikasının ölkəmizdəki səfirliyinin məsul nümayəndəsi ilə xatirə şəkli çəkdirilmişdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi