31 Mart Azərbaycanlıların soyqırım günüdür

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Təranə Vəliyevanın təşkilatçılığı ilə “31 Mart Azərbaycanlıların Soyqırım Günüdür” adlı tədbir keçirildi. Tədbir açıq elan olunduqdan sonra faciə zamanı həlak olanlar bir dəqiqəlik sükutla yad olundu. 31 mart soyqırımını əks etdirən videoçarx göstərildi, şagirdlərin hazırladığı ədəbi-bədii kompazisiya nümayiş etdirildi, vətənpərvərlik və qəhrəmanlıq mövzusunda mahnılar səsləndi.