"Ana harayı" abidəsini ziyarət

             22.02 2019- cu il tarixdə Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində faciə qurbanlarını yad etmək üçün,şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, ümumxalq hüzn günlərinin keçirilməsi məqsədilə Bakı şəhəri Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşməsinin sədri Nəzakət Cəfərovanın təşkilatçılığı ilə məktəb şagirdləri və bir qrup valideyn Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət etmişdilər. Abidənin önünə gül əklilləri qoyaraq şagirdlər "Xocalı harayı" adlı kompozisiya ilə çıxış etdilər. Əsgər geyimli şagirdlər  "Alacağıq qisasını Azərbaycan! Çalacağıq qələbəni Azərbaycan! şüarları ilə abidənin qarşısında and içmişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi