YAP Binəqədi rayon təşkilatı Azadlıq prospekti 183 Ərazi İlk Partiya Təşkilatı Gənclər Birliyinin hesabat-seçki yığıncağı keçirildi

                21 yanvar 2019-ci il tarixdə Azadlıq prospekti 183 Ərazi İlk Partiya Təşkilatı Gənclər Birliyinin hesabat-seçki yığıncağı keçirildi. Hesabat-seçki yığıncağında Azadlıq prospekti 183 ƏİPT-nın sədri Zahid Canayev, 115 saylı orta məktəbin direktoru Məsud Babayev, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, YAP Binəqədi rayon Təşkilatının baş təlimatçısı Rahil Şükürov, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin fəalları və ərazi ilk partiya təşkilatının üzvləri iştirak etdilər. Hesabat-seçki yığıncağını giriş nitqi ilə açan 115 saylı orta məktəbin direktoru Məsud Babayev iştirakçıları salamladı və gündəlikdə duran məsələlər barədə məlumat verdi. Bildirdi ki, iclasın gündəliyində Azadlıq prospekti 183 Ərazi İlk Partiya Təşkilatı Gənclər Birliyinin hesabatı, Birliyin yeni idarə heyəti, sədr və müavininin seçilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub. Gündəlikdəki məsələlər səsə qoyularaq qəbul edildikdən sonra gündəlikdə duran məsələlərin geniş müzakirəsinə başlanıldı.Ərazi İlk Partiya Təşkilatının sədri Zahid Canayev gündəlikdə olan ikinci məsələ - ərazi ilk partiya təşkilatının yeni sədrinin seçilməsi üçün gənc fəal Günay Yusifovanın namizədliyini irəli sürdü. Təklif nəzərə alınaraq səsə qoyuldu və təsdiq edildi. Ərazi İlk Partiya Təşkilatı Gənclər Birliyinin fəalı Sevil Hüseynova sədr müavini seçildi. Yeni sədr və sədr müavinləri çıxış edərək onlara göstərilən etimadı doğruldacaqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi