“Vətən sənə borcluyuq” adlı tədbir keçirildi.

11.01.2019-cu il tarixində A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Təranə Vəliyevanın təşkilatçılığı ilə 4e sinfi ilə hazırlanmış “Vətən sənə borcluyuq” adlı tədbir keçirildi. Tədbir açıq elan olunduqdan sonra Azərbayan Respubliksının tarixinə, etnoqrafiyasına aid videoçarxlar nümayiş etdirildi. Şagirdlərin ifasında Azərbaycana, müəllimə, anaya, bayrağa, orduya həsr olunmuş kompazisiyalar göstərildi, şeirlər söylənildi, rəqs nömrələri ifa olundu. Tədbirin sonunda məktəbin direktoru Məsud Babayev çıxış etdi və tədbir iştirakçılarını təşəkkürnamə ilə təltif etdi.