HEYDƏR ƏLİYEV HƏMİŞƏ QƏLBİMİZDƏDİR

12.12.2018-ci il tarixdə A.Məmmədov adına 115 №li tam orta məktəbdə Tərbiyə işləri üzrə direktor müavini Təranə Vəliyevanın təşkilatçılığı ilə Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev həmişə qəlbimizdədir” adlı tədbir keçirildi. Məktəbin müəllim, valideyn, şagird kollektivinin iştirakı ilə keçirilən tədbirdə Heydər Əliyevin həyatı və fəaliyyətinə aid videoçarx nümayiş etdirildi. Şagirdlər şeirlər söylədi, musiqilər ifa etdilər. Tədbir məktəbin direktoru Məsud Babayevin çıxışı ilə bitdi, tədbirdə fəal iştirak edən şagirdlərə təşəkkürnamələr təqdim edildi.