“Müstəqilliyimiz əbədi və sarsılmaz olsun!” adlı tədbir keçirildi

18 oktyabr 2018-ci il tarixdə  A.Məmmədov adına 115№ li tam orta məktəbdə Tərbiyə işləri üzrə direktor müavini Vəliyeva Təranənin təşkilatçılığı ilə məktəb üzrə 18 Oktyabr Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədi və sarsılmaz olsun!” adlı tədbir keçirildi. Tədbirdə Azərbaycanın müstəqilliyə  qədərki yoluna  aid  slayd nümayiş etdirildi. Müstəqillik mövzusunda şeirlər söylədilər, mahnılar ifa etdilər və rəqs nömrələri təqdim etdilər.  Tədbirin sonunda  məktəbin direktoru Babayev Məsud müəllim şagird, müəllim və valideyn kollektivini təbrik etdi, tədbir iştirakçılarına “Təşəkkürnamə” təqdim etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi