Bilik Günü

Sentyabrın 15-də Bakının Binəqədi rayonundakı Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə 2018-2019-cu tədris ilinin başlanması və “Bilik günü”nə həsr olunan tədbir keçirilib. Dövlətimiz tərəfindən təhsil sahəsinə göstərilən qayğı və diqqət bütün pedaqoji kollektivi daha yaxşı işləməyə, vətənimiz üçün savadlı və vətənpərvər nəslin yetişdirilməsi işində daha əzmlə çalışmağa sövq edir.  1966-cı ildən fəaliyyət göstərən məktəbimiz hazırda bütün ixtisas müəllimləri ilə təmin olunub.

Yeni tədris ilinin ilk günündə məktəbimizdə 202 şagird üçün ilk zəng çalındı. Onlardan 164-ü Azərbaycan, 38-i isə rus bölməsidir. Ötən tədris ili məktəbimiz üçün bir sıra uğurlarla yadda qalıb.  Belə ki, ötənilki tədris ilini bitirən məzunların 72 faizi ali təhsil ocaqlarına qəbul olunub. Onlardan dördü ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. Sevindirici haldır ki, məzunlarımızdan bir neçəsi təhsillərini xarici ölkələrin tanınmış universitetlərində davam etdirəcəklər. Həmçinin bu ilki məzunlarımızdan biri məktəbi qızıl medal,  dördü isə fərqlənmə attestatı ilə bitirib, bir nəfər isə respublika olimpiadasında ikinci yerə layiq görülüb. Əminəm ki, yeni tədris ili ötən illərlə müqayisədə məktəbimiz üçün daha uğurlu olacaq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi