Son Zəng

Əziz məzunlarımız, Sizi, müəllimlərinizi, valideynlərinizi məzun olmağınız münasibətilə təbrik edir, gələcək fəaliyyətinizlə bağlı ən xoş arzularımı bildirirəm. Əziz məzunlar! Siz həyatınızın yeni, demək olar ki, həlledici və çox mühüm bir mərhələsinə qədəm qoyursunuz . Qarşınızda açılacaq yollar arzularınızdan və cəhdlərinizdən asılı olacaq. Bu yolu inamla getmək üçün əsas keyfiyyət gələcəyiniz naminə əzmkar əmək , müəllimləriniz, ailəniz və yaxınlarınız qarşısında məsuliyyət hissi və doğma yurdumuz -müstəqil Azərbaycan Respublikasına olan sevgi və sadiqlikdir.
Azərbaycan Respublikasının sürətli inkişaf tempi bütün ölkə vətəndaşları ilə bərabər Sizlər üçün də yeni imkanlar və perspektivlər yaradır.
Hamımız əminik ki, Siz bu imkanları gerçəkliyə çevirməklə Azərbaycanın adını daha da yüksəldəcəksiniz. Bu müqəddəs missiyanı şərəflə yerinə yetirmək üçün Siz həmişə ön sıralarda olmalısınız! Yeni zirvələri fəth etməkdə hər birinizə uğurlar diləyirəm.