1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə mədəni-kütləvi tədbirlərdə və məktəbin ictimai işlərində fəal iştirak edərək fərqlənən şagirdlər Təşəkkürnamə və Diplomla təltif olunmuşdur. Məktəbin direktoru Məsud Babayev və məktəbin psixoloqu Şövkət Dadaşova şagirdləri bu gün münasibətilə təbrik edərək onlara təhsillərində uğurlar , müvəffəqiyyətlər və Vətənə layiqli övlad olmalarını arzuladılar.