"Cümhuriyyətin işığı ilə 100 il" adlı möhtəşəm ədəbi -bədii gecə

23.05 2018-ci il tarixdə Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşməsinin sədri Nəzakət Cəfərova və Tarix fənn metodbirləşmısinin sədri Ülviyyə Əliyevanın təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Cümhuriyyətin işığı ilə 100 il" adlı möhtəşəm ədəbi -bədii gecə keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası, M.Ə.Rəsulzadə bələdiyyəsinin məsul əməkdaşları, həmkarlar ıttifaqının rayon şöbəsinin sədri Almaz xanım, xalqın sevimli şairi Vahid Əziz, valideynlər və müəllimlər iştirak edirdi. 10-11-ci sinif şagirdləri 2018-ci il mayın 28-də qurulmuş parlamentin iclasını əks etdirən kompozisiya ilə, 6-7-ci siniflər doğma Azərbaycana aid şeirlərlə, 4-5-ci siniflər Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kompozisiya ilə, digər şagırdlər mahnı və rəqs nömrələri ilə çıxış edərək Odlar Yurdu Azərbaycana olan sonsuz məhəbbətlərini nümayiş etdirdilər. Tədbir in sonunda məktəbin direktoru Məsud Babayev çıxış edərək tədbirdə iştirak edən və tədbirin hazırlanmasında əməyi olan hər bir kəsə öz təşəkkürünü bildirdi.