Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi

10.05.2018-ci il tarixdə Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi Sevda Əliyevanın təşkilatçılığı ilə 4A sinif şagirdləri Ulu Öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş "Ürəklərdə yaşayacaq Ulu Öndər"adlı kompozisiya ilə çıxış edərək görkəmli Dövlət xadimi ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ,onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmləndirilməsində əvəzolunmaz xidmətlərindən danışıb ,Ulu Öndərə həsr olunmuş şeirlər və mahnılar söylədilər .