"Cümhuriyyətin işığı ilə 100 il " adlı intellektual müsabiqə

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə Azərbatcan dili və ədəbiyyat fənn metod birləşməsinin sədri Nəzakət Cəfərova və Tarix fənn metodbirləşməsinin sədri Ülviyyə Əliyevanın təşkilatçılğı iləAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş "Cümhuriyyətin işığı ilə 100 il " adlı İntellektual müsabiqənin final turu keçirilmişdir.Final turunda iştirak edən "Cümhuriyyət","Həmrəylik ","Zirvə" komandalarının üzvləri Azərbaycanın milli adət-ənənələri,tarixi keçmişi, coğrafi mövqeyi, mədəniyyət və incəsənətinə aid sualları cavablandıraraq öz intellektual qabiliyytlərini nümayiş etdirdilər. Daha çox sualı doğru cavablandıran "ZİRVƏ " komandası final turunun qalibi oldu. Münsiflər heyəti və məktəbin direktoru M.Babayev finalçıları mükafatlandıraraq gələcək işlərində müvəffəqiyyətlər arzulamış və sonda xatirə şəkli çəkdirmişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi