“Vahid Əziz dünyasının möcüzəsi” adlı poeziya gecəsi keçirildi

Binəqədi rayonu Azər Məmmədov adına 115№li tam orta məktəbdə Azərbaycan yazıçılar İttifaqının üzvi, sevimli şair Vahid Əzizlə görüş keçirilmişdir.

Məktəbin Azərbaycan dili və ədəbiyyat fənn birləşməsinin sədri Nəzakət Cəfərovanın təşkilatçılığı ilə keçirilən “Vahid Əziz dünyasının möcüzəsi” adlı poeziya gecəsində şairin həyat və yaradıcılığı haqqında məlumat verilmiş, sonra şagirdlərin ifasında şairin şeirləri və sözlərinə yazılmış musiqilər səsləndirilmişdir. Sevimli şair Vahid Əziz görüş iştirakçılarını maraqlandıran suallara cavab vermiş, belə bir görüşün təşkil edildiyinə və onun yaradıcılığına göstərilən diqqətə görə gecənin təşkilatçılarına və məktəb rəhbərliyinə öz minnətdarlığını bildirdi.

Görüşün sonunda məktəbin Azərbaycan dili və ədəbiyyar müəllimi, şairə İradə Rəvan Vahid Əzizə həsr etdiyi şeiri səsləndirdi. Məktəbin direktoru Məsud Babayev görüş iştirakçıları adından şairə öz təşəkkürünü bildirərək  hədiyyə təqdim etdi. Sonda xatirə şəkli çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi