“Kitab bilik mənbəyidir” adlı tədbir keçirilmişdir

23 aprel 2018-ci il tarixdə Binəqədi rayonu 115№ li tam orta məktəbdə şagirdlər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi,  mütaliəyə marağı daha da artırmaq, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsi məqsədilə  “Oxu günü” layihəsi çərçivəsində “Kitab bilik mənbəyidir” adlı tədbir keçirilmişdir.

Məktəbin şagirdləri kitab və bilik haqqında dahilərin kəlamlarından nümunələr və müxtəlif şeirlər söyləmişdilər.

Tədbirin sonunda məktəbin direktoru Məsud Babayev kitabın həyatımızdakı rolu haqqında danışaraq tədbir iştirakçılarını “Təşəkkürnamə”ilə təltif etmişdir.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi