"Nə?, Harada?, Nə zaman?" İntellektual yarışmanın 2-ci turu keçirilmişdir

30.03.2018-ci il tarixdə Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə 10-11-ci sinif şagirdləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Nə?, Harada?, Nə zaman?" İntellektual yarışmanın 2-ci turu keçirilmişdir. "Zirvə", "Cümhuriyyət", "Həmrəylik" komandaları may ayında keçiriləcək final mərhələsinə vəsiqə qazandılar. Yarışmanın təşkilatçıları məktəbin tarix fənn metodbirləşmısinin sədri Ülviyyə Əliyeva və Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşməsinin sədri Nəzakət Cəfərova final mərhələsində şagirdlərə müvəffəqiyyətlər arzuladılar.