“8 Mart – Beynəlxalq Qadınlar Günüdür” adlı tədbir keçirildi

07.03.2018-ci il tarixdə A.Məmmədov adına 115№li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Təranə Vəliyevanın təşkilatçılığı ilə “8 Mart – Beynəlxalq Qadınlar Günüdür” adlı tədbir keçirildi. Tədbir “Ana ”- ya aid həzin musiqi sədaları altında açıq elan olunduqdan sonra şagirdlərin hazırladığı səhnəciklər göstərildi, şeirlər söylənildi və mahnılar səsləndi. Tədbirin sonunda məktəbin direktoru Məsud Babayev çıxış edərək xanımları təbrik etdi və tədbirin iştiraklarını təşəkkürnamə ilə təltif etdi.