“Xocalı faciəsi qan yaddaşımızdır” adlı tədbir keçirildi.

26.02.2018-ci il tarixdə A.Məmmədov adına 115 №li tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini Təranə Vəliyevanın təşkilatçılığı ilə Xocalı soyqırımının iyirmi altıncı ildönümünə həsr olunmuş “Xocalı faciəsi qan yaddaşımızdır” adlı tədbir keçirildi. Tədbir açıq elan edildikdən sonra, faciə zamanı həlak olanlar bir dəqiqəlik sükutla yad olundu. Xocalı soyqırımını əks etdirən videoçarx göstərildi, şagirdlərin hazırladığı ədəbi-bədii kompazisiya nümayiş etdirildi, vətənpərvərlik və qəhrəmanlıq mövzusunda mahnılar səsləndi. Tədbirin sonunda məktəbin direktoru Məsud Babayev çıxış etdi və tədbirin iştirakçılarını təşəkkürnamə ilə təltif etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi