"Bu qan qalmayacaq yerdə, Xocalı"adlı ədəbi bədii kompozisiya keçirilmişdir

26.02.2018-ci il tarixdə Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşmə sədri Nəzakət Cəfərovanın təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş "Bu qan qalmayacaq yerdə,Xocalı"adlı ədəbi bədii kompozisiya keçirilmişdir.Hərbi forma geyinmiş şagirdlər hazırladıqları kompozisiya ilə Xocalıda baş verən zülmlərə,erməni vəhşiliyinə öz etirazlarını bildirərək xalqımıza ,doğma Azərbaycanımıza sevgilərini ifadə edən vətənpərvərlik ruhlu şeirlər və mahnılar səsləndirmişlər.Vətənpərvərlik ruhu hər birimizin doğulduğu torpağa,xalqa,millətə olan sevgisinin təzahür formasıdır.