Mir Cəlal Paşayev adına hekayə müsabiqəsi keçirilmişdir

15.02.2018-ci il tarixdə Binəqədi Rayon Azər Məmmədov adına 115 № li tam orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat aylığı çərçivəsində fənn metodbirləşmə sədri Nəzakət Cəfərovanın təşkilatçılığı, Azərbaycan dili və Ədəbiyyat müəllimi İradə Sədyarova, kitabxana müdiri Hicran Zeynalovanın iştirakı ilə şagirdlər arasında Azərbaycanın görkəmli yazıçısı Mir Cəlal Paşayev adına hekayə müsabiqəsi keçirilmişdir. Şagirdlər hekayələrin məzmunu haqqında qısa məlumat verərək, hekayələrin təhlili ilə bağlı müzakirələr etmişdilər.