"Nə?, Nə zaman?, Harada?" adlı intellektual yarışma

2 fevral 2018-ci il tarixdə Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli məktəbdə Cümhuriyyətin 100 illik yubileyi layihəsi çərçivəsində məktəbin 10-11-ci sinif şagirdləri arasında "Nə?, Nə zaman?, Harada?"adlı intellektual yarışmaya start verilmişdi. Yarışmada iştirak edən 6 komandadan 4-ü növbəti, yəni mart ayında baş tutacaq 2-ci tura vəsiqə qazandılar. Əziz gənclər, 2 fevral Gənclər günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayıram. Yolunuz daima açıq olsun.