“Yaddaşlarda əbədi həkk olacaq şanlı tarix”

Şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədilə Binəqədi Rayonu Azər Məmmədov adına 115№li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat fənn birləşməsinin sədri Nəzakət Cəfərovanın təşkilatçılığı ilə yanvarın 19 – da “20 Yanvar - Ümumxalq hüzn günü”nə həsr olunmuş “Yaddaşlarda əbədi həkk olacaq şanlı tarix” adlı ədəbi – bədii kompozisiya keçirilmişdir. “Başın uca tut, Azərbaycanım! Torpaq uğrunda ölən varsa Vətəndir!” – şeirini səsləndirən balaca əsgərlərimiz üçrəngli bayrağımızı öpərək Vətənə layiqli övlad olacaqlarına and içmişdilər.