“Riyaziyyat hər yerdə” adlı tədbir keçirildi

27.12.2017-cı il tarixində məktəbimizdə keçirilən “Riyaziyyat hər yerdə” adlı tədbirdə şagirdlərin, müəllimlərin iştirakı tədbir iştirakçılarına ruh yüksəkliyi verdi. Şagirdlərin riyaziyyata aid sualların cavablandırılmasında aktiv iştirak etdiklərinin şahidi olduq. Riyazi alimlər haqqında toplanmış məlumatları sevərək tədbir iştirakçılarına çatdırmaqları onların riyaziyyata olan maraqlarını bir daha sübuta yetirdi. Gəlin bütün fənnləri sevərək oxuyaq, xüsusən də riyaziyyatın dəqiqliyinin hər sahədə tətbiqinə yiyələnək.