"Zərərli vərdişlərə yox deyək!" adlı tədbir keçirildi

15 dekabr 2017-ci il tarixdə Binəqədi rayonu Azər Məmmədov adına 115 № li tam orta məktəbdə Bakı Baş Polis İdarəsi əməkdaşlarının məktəbin şagirdləri ilə “Zərərli vərdişlərə yox deyək !” mövzusunda maarifləndirici söhbəti təşkil edilmişdir. Məktəbin şagirdləri bəşəriyyətin ən qlobal problemlərindən olan siqaret, spirtli içki narkomaniyanın sağlamlığa ziyanını nümayiş etdirmək məqsədilə “Pis vərdişlərdən uzaq olaq” adlı kompazisiya ilə çıxış etmişdilər.