Iradə Ağalar qızı Sədyarovanın 60 illik yubiley tədbiri keçirilmişdir

Bakı şəhəri Binəqədi rayonu Azər Məmmədov adına 115№li tam orta məktəbdə Azərbaycan–dili və Ədəbiyyat müəllimi İradə Ağalar qızı Sədyarovanın 60 illik yubiley tədbiri keçirilmişdir.
Məktəbin direktoru Məsud Babayev ömrünün ən dəyərli vaxtlarını təhsilin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş İradə Sədyarovaya 60 illik yubileyi münasibəti ilə Fəxri Fərman təqdim etmişdir.
Müəllim və şagird kollektivi bahar təravətli şair qəlbli İradə Rəvanın 60 illik ziyası nur saçan ibrətamiz ömrünə can sağlığı arzulamışlar.
Əziz İradə müəllimə, 60 illik ziyalı ömrünüz mayaktək parlayaraq Sizdən örnək götürən hər bir kəsin yoluna şəfəq saçsın!